
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, pandemiyadan sonrakı dövr üçün bərpa planlarına son qoyan büdcə üzrə bu fikir ayrılıqları parlamentin buraxılmasına və növbədənkənar seçkilərə səbəb olub.
Portuqaliya Dövlət Şurası səs çoxluğu ilə Prezident Marselu Rebelu di Sozanın parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə təklifini təsdiqləyib. Prezident yeni seçkilərin tarixini təyin edəcək, çox güman ki, bu, yanvarın 30-u olacaq.

Hakimiyyətdə qalan və istefa vermək niyyətində olmayan sosialist Antoniu Kosta hökuməti artıq seçkilərin mümkün qədər tez bir zamanda keçirilməsinin tərəfdarı olduğunu bildirib.