Gürcüstanda ötən sutkada daha 5 340 nəfər koronavirusa yoluxub, 3 631 nəfər müalicə olunaraq sağalıb, 62 nəfər isə pandemiyanın qurbanı olub.Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla da, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 743 511-ə, müalicə olunaraq sağalanların sayı 681 919-a, bu virusdan ölənlərin sayı isə 10 300-ə çatıb.
Hazırda ölkədə 51 266 aktiv koronavirus xəstəsi var və onların 6 666-sı xəstəxanada ağır vəziyyətdədir.