
“CNN” öz mənbələrinəə istinadən yazır ki, ABŞ Prezidenti Cozef Bayden bu həftə MKİ direktoru Uilyam Bernsi Moskvaya, Ukrayna ilə sərhədi yaxınlığında qoşunlarının sayının artırılmasının rəsmi Vaşinqton tərəfindən diqqətlə izlənilməsi barədə xəbərdarlığını birbaşa çatdırmaq üçün göndəribmiş.
Uilyam Berns həmçinin, Rusiyanın hərəkətlərinə nəyin səbəb olduğunu müəyyən etməli imiş…
Telekanal qeyd edib ki, ABŞ kəşfiyyatının rəhbəri ikigünlük səfəri zamanı Rusiyanın Ukrayna və Avropa ölkələrinə qaz ixracından rıçaq kimi istifadə edə biləcəyindən narahatlığını da ifadə edib.
MKİ rəhbəri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə də danışıqlar aparıb.("Report")