Egey dənizində zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, Muğla şəhərinin Datça rayonu sahillərində zəlzələ baş verib.
Yeraltı təkan Rixter şkalası ilə 4,6 balla qiymətləndirilib.
Detallar barədə məlumat verilməyib.