
Senzor.az bildirir ki, məlumatı pandemiyanın statistikasını aparan “Worldometers” saytı yayıb.
Qeyd olunub ki, hazırda bütün dünyada koronavirusa 250 milyon 34 min yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 57 min nəfərə, sağalanların sayı isə 226 milyon 333 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına yoluxanların, həm də virusdan ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 47 milyon 280 min nəfəri keçib, 774 min 673 nəfər infeksiya səbəbindən həyatını itirib, 37 milyon 269 mindən çox insan sağalıb.