
Senzor.az xarici KİV-in dəqiqləşdirilmiş son məlumatına istinadən bildirir ki, hücum nəticəsində baş nazir xəsarət almayıb.
Əl-Kazımi özü hücumdan sonra “Tvitter” səhifəsində açıqlama yayaraq hamını sakit olmağa çağırıb: “Allaha şükür, xalqımın arasında yaxşıyam və İraq adına hamını sakitliyə, təmkinli olmağa çağırıram”.
Qeyd edək ki, daha əvvəl hücum zamanı Baş nazirin xəsarət aldığı, xəstəxanaya yerləşdirildiyi və daha bir neçə nəfərin də yaralandığı bildirilirdi.
Məlumata görə, dron hücumundan sonra Yaşıl Zonada təhlükəsizlik tədbirləri gücləndirilib.