
Senzor.az bildirir ki, bu barədə İranın “İRNA” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, təlimlər Hörmüzqan, Sistan və Bəlucistan əyalətlərində, Makran sahillərində keçirilir.
Təlimlərdə İranın Hərbi Dəniz Donanması, Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Hava Qüvvələri və Quru Qoşunları iştirak edir.