Polşa Müdafiə Nazirliyi qanunsuz miqrant axını ilə əlaqədar Polşa-Belarus sərhədində gərginliyin artdığını açıqlayıb.
“Report” xəbər verir ki, nazirlik “Tvitter”də bir qrup miqrantın tikanlı məftillər arxasında olduğunu, onlardan birinin ağac budağını Polşa sərhədçilərinə tərəf atdığını əks etdirən video yayımlayıb.
“Polşa əsgərləri və sərhəd zabitləri hər gün belə hallarla üzləşirlər. Bu gün bir qrup miqrant, ən azı bir belaruslunun iştirakı ilə postlarımıza hücum edib”, - deyə məlumatda bildirilib.