Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər arasında Polşa-Belarus sərhədindəki qaçqınlarla bağlı vəziyyət müzakirə olunub.
Tərəflər həmçinin təmasları davam etdirmək barədə razılığa gəliblər.
Və elə bu arada məlum olub ki, Avropa Komissiyası Belarusda, Avropa İttifaqı üçün potensial miqrantlarla bağlı vəziyyətə Rusiyanın və bir sıra digər ölkələrin cəlb oluna biləcəyi barədə məlumatı araşdırır.
Bunu Avropa Komissiyası Mətbuat xidmətinin nümayəndəsi Peter Stano keçirdiyi brifinqdə bildirib.
Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa XİN-in Rusiyanın Polşa-Belarus sərhədində böhranın "istismarına" dair bəyanatını şərh edərkən bildirib ki, bu, yalandır və faktlarla manipulyasiya edilir ki, bu da "Avropada gərginliyin artmasına gətirib çıxarır". Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Avropa İttifaqı miqrasiya böhranı ilə bağlı əməllərinə görə məsuliyyət daşımalıdır və Brüssel bir vaxtlar Türkiyəyə qaçqın axınının öhdəsindən gəlməyə kömək etdiyi kimi, Minskə də kömək edə bilər.