
Senzor.az Rusiya KİV-inə istinadən bildirir ki, telefon zəngi Belarus-Polşa sərhəddində miqrantlarla polis qüvvələri arasında baş verən toqquşmalarla bağlı olub.
Belə ki, Almaniya Kansleri Belarus lideri Aleksandr Lukaşenkonun miqrantları Avropa Birliyi sərhədlərinə qəsdən yönləndirməkdə və bununla sanksiyalara görə Brüsseldən qisas almaqda ittiham edib. O, Putindən bu hallara son qoyulması üçün Lukaşenko ilə danışmasını xahiş edib.
Moskva isə Brüsselə Minsklə danışıqlara getməyi məsləhət görüb.
Bu arada Belarusun xarici işlər naziri Vladimir Makey ölkəsinin Avropa İttifaqı ilə dialoqa hazır olduğunu bəyan edib. Bu barədə o, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra deyib.

Onun fikrincə, gec-tez vəziyyətin özü bütün tərəfləri Belarusla Avropa ölkələri arasında münasibətlərdə yaranmış böhranın həlli yollarını axtarmağa məcbur edəcək.