Polşa Belarus sərhədləri yaxınlığında qaçqın düşərgələri yaradır

Polşa Belarusdan keçməklə bu ölkəyə daxil olan qeyri-leqal miqrantlarla əlaqədar saxlanma düşərgələri yaradır.
 
AZƏRTAC xəbər verir ki, artıq ölkənin şərqində Biala Podlaska və Çervoni Bor məntəqələri yaxınlığında iki düşərgə salınıb. Sərhəd Mühafizə Xidmətindən verilən məlumata görə, hazırda qeyri-leqal miqrantların saxlanacağı yeni düşərgələr üçün məkanlar seçilməkdədir.
 
Qeyd edilməlidir ki, ötən aylarda rəsmi Minsk Avropa İttifaqına keçməyə çalışan miqrantların önünü kəsməyəcəyinə dair siqnallar verib. Həmin vaxtdan Litva və Polşa sərhədlərində qanunsuz miqrasiya hallarının sayı artıb.
 
Polşa Daxili İşlər Nazirliyinin məlumatına görə, təkcə avqust ayında 2100 miqrant qanunsuz şəkildə Belarusdan Polşa ərazisinə keçməyə cəhd göstərib. Onlardan 1342 nəfər sərhəd məntəqələrinin birində saxlanılıb, ölkə ərazisinə keçməyə müvəffəq olan 758 nəfər isə saxlanılaraq, qaçqın düşərgələrindən birinə yerləşdirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.