ÜST: Avropada koronavirusdan ölüm halları 10 faiz artıb - SON HƏFTƏ ƏRZİNDƏ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftə ərzində Avropada koronavirusdan ölüm hallarının 10 faiz artdığını bildirib.
 
Associated Press agentliyi xəbər verir ki, ÜST-nin məlumatına görə, Avropa dünyada COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayının durmadan artdığı yeganə regiondur. Təşkilatın Avropa bölməsinin rəhbəri Hans Klüqe xəbərdarlıq edib ki, koronavirusla mübarizə üçün əlavə tədbirlər görülməsə fevral ayınadək regionda ölənlərin sayı 500 min nəfərə çata bilər.
 
BMT-nin səhiyyə agentliyinin hesabatına əsasən, həftə ərzində dünyada COVID-19 infeksiyasına təxminən 3,1 milyon yeni yoluxma halı aşkarlanıb, bu da öncəki həftə ilə müqayisədə təxminən 1 faiz çoxdur. Məlumata əsasən, koronavirusa yoluxma hallarının demək olar ki, üçdəikisi (1,9 milyon) Avropada qeydə alınıb. Burada yoluxmaların sayı 7 faiz artıb.
 
ÜST, həmçinin Cənubi və Şimali Amerikada həftəlik yoluxma hallarının sayının 5 faiz, ölənlərin sayının isə 14 faiz azaldığını qeyd edib. Cənub-Şərqi Asiya və Afrika regionunda isə peyvənd çatışmazlığına baxmayaraq, infeksiya səbəbindən ölüm halları təxminən 30 faiz azalıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.