Fumio Kişida yenidən Yaponiyanın Baş naziri seçildi
Noyabrın 10-da Yaponiya parlamentinin aşağı palatası hakim Liberal Demokratik Partiyanın (LDP) sədri Fumio Kişidanı yenidən ölkənin yeni Baş naziri seçib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçki prosesi parlamentin saytında canlı yayımlanıb. 
 
F.Kişidanın namizədliyini parlamentin aşağı palatasının 465 deputatından 297-si dəstəkləyib. Onların əksəriyyəti koalisiyalı hökuməti təşkil edən LDP və “Komeyto” partiyasından seçilmiş deputatlardır. Əsas müxalifət partiyası sayılan Konstitusiyalı Demokratlar Partiyasının lideri Yukio Edano cəmi 108 səs toplaya bilib.
 
Parlamentin yuxarı palatasında keçirilən seçkidə isə F.Kişida 242 mümkün səsdən 141-ni, Y.Edano isə cəmi 60-nı əldə edib. Yaponiya qanunvericiliyinə əsasən, parlamentin aşağı palatası yuxarı palatadan üstün hesab edilir və burada keçirilən səsvermə hökumət başçısının təyin olunmasında əsas rol oynayır.
 
Xatırladaq ki, Fumio Kişida sentyabrın 29-da hakim LDP-nin sədri, oktyabrın 4-də isə Baş nazir seçilib. Onun yenidən Baş nazir seçilməsi oktyabrın 31-də parlamentin aşağı palatasına keçirilən seçkilərdən sonra formal xarakter daşıyır. Həmin seçkilərdə LDP böyük üstünlüklə (465 yerdən 261 yer) qalib gəlib.
 
Baş nazir F.Kişidanın yeni hökuməti noyabrda koronavirus pandemiyası fonunda iqtisadiyyatı dirçəltmək üçün yeni təkliflər paketini irəli sürməyi planlaşdırır. Paketin ümumi həcminin 30 trilyon yen (265 milyard dollar) təşkil edəcəyi gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.