Avropa Birliyi (Aİ) Rusiyanın “Aeroflot” aviaşirkətinə qarşı sanksiya tətbiqini nəzərdən keçirir.
Bu barədə “Bloomberg” adı açıqlanmayan Aİ rəsmisinə istinadla məlumat yayıb.
Buna səbəb isə Belarus-Polşa sərhədində yaşanan miqrant böhranıdır.
Mənbə iddia edib ki, “Aeroflot”la yanaşı, Türk Hava Yollarına da məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər.
Aİ-nin bu qərarına ABŞ və Böyük Britaniyanın qoşulacağı istisna edilməyib.
Axar.az qeyd edir ki, Aİ miqrantların düşünülmüş şəkildə təyyarə ilə Belarusa gətirildiyi, daha sonra isə avtobuslarla Polşa sərhədinə göndərildiyini iddia edir. Mediada isə qanunsuz miqrantları “Aeroflot” və Türk Hava Yollarının daşıdığı haqda təsdiqlənməmiş məlumatlar yayılıb.
Senzor.az xatırladır ki, Türk Hava Yolları artıq bu iddiaları rədd edib.
Qurumun mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir: "Dünyanın hər yerinə uçuşlarda beynəlxalq səlahiyyətlilərlə əməkdaşlıq edərək təhlükəsizliyi nəzərə alır və əməliyyatları bu ölçüdə həyata keçiririk. Mediada gedən xəbərlər həqiqəti əks etdirmir".
Bir az əvvəl isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu polşalı həmkarı Zbiqnev Rau ilə telefon danışığı zamanı bəyan edib ki, onun ölkəsi miqrantların Belarusa daşınması ilə məşğul deyil.
Türkiyəli nazir Polşa tərəfinə çatdırıb ki, rəsmi Ankara yaranmış miqrant böhranının səbəbkarlarından biri deyil, amma ölkənin adını bu məsələdə hallandırırlar. Çavuşoğlu Türkiyə və Türk Hava Yolları ilə bağlı əsassız ittihamları bir daha rədd edib.