Polşa Prezidenti Anjey Duda ölkənin hazırda bir neçə min miqrantın olduğu Belarusla sərhədinə gəlib.
Bu barədə Polşa Prezidentinin dəftərxanası məlumat yayıb.
Məlumata görə, Duda sərhəd xidmətinin zabitləri, polis və hərbçilərlə görüşüb. O, sərhədin gecə patruluna gedən zabit və əsgərlərlə brifinqdə iştirak edib, onlara təhlükəsiz xidmət arzulayıb.
“Mən hər zaman sizinləyəm. Prezident kimi həmişə sizin işlərinizi izləyəcəm”, - Anjey Duda deyib.
Duda daha əvvəl bildirib ki, güc strukturları miqrantlara görə döyüş hazırlığı vəziyyətindədir. O, NATO və Aİ-dən olan tərəfdaşlarla daim təmasda olduğunu və Polşanın mövqeyinin orada “tam dəstək və anlayışdan” istifadə etdiyini vurğulayıb.
“Report” xatırladır ki, Belarus-Polşa sərhədində miqrasiya böhranı yaydan davam edir, vəziyyət noyabrın 8-də 3 min nəfərə yaxın qeyri-qanuni mühacirin Polşa sərhədlərinə yaxınlaşması ilə gərginləşib. Söhbət Yaxın Şərq və Afrika ölkələrindən Belarusa qanuni yolla gələn, sonra isə Avropa İttifaqına daxil olmaq üçün Polşaya və ya Baltikyanı ölkələrə üz tutan qaçqınlardan gedir.