Rusiya Ukraynanı işğala hazırlaşır? -
“BLOOMBERG”DƏN SENSASİON MƏLUMAT
ABŞ avropalı tərəfdaşlarına Rusiyanın Ukraynanı işğala hazırlaşması barədə rəsmən xəbərdarlıq edib.
 
ABŞ-ın nüfuzlu “Bloomberg” nəşri bunu "Son dəqiqə" xəbəri kimi yayıb.
 
Həmçinin bildirilir ki, 15 ABŞ konqresmeni də Prezident Co Baydenə açıq məktub yazaraq Donbasa nəzarəti ələ keçirmək istəyən Kiyevi dəstəkləməyə çağırıb.
 
Məktubda Ukrayna Silahlı Qüvvələrini kəşfiyyat məlumatları ilə təmin etmək, Donbasa zərbələr endirmək və Qara dənizə əhəmiyyətli sayda hərbi qüvvələrin göndərilməsi tələb olunur.
 
Kremlə yaxın mənbə isə agentliyə bildirib ki, Rusiya Ukrayna ilə müharibəyə başlamağa hazırlaşmır, amma göstərmək istəyir ki, zərurət yaranarsa güc tətbiq edəcək. Digər mənbə də təsdiq edib ki, Rusiyanın Ukraynaya hücumu “az ağlabatandır”, amma Moskvanın Kiyevin “təxribatlarına” cavab planı hazırdır.
 
Xatırladaq ki, son vaxtlar Donbas separatçıları ilə Ukrayna ordusu arasında hərbi gərginlik artmaqdadır, tərəflər bir-birilərinin mövqelərinə, demək olar, hər gün artilleriya zərbələri endirirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.