Ərdoğanın iqamətgahını lentə alan casuslar həbs olundu -
MƏHKƏMƏ QƏRARI
Dünya
İstanbulda Çamlıca Qülləsində Prezident Rəcəb Tayyib Ərdoğanın iqamətgahını lentə alması səbəbindən ötən gün saxlanılan israilli cütlük və daha bir nəfər həbs edilib.
Axar.az xəbər verir ki, İstanbul Məhkəməsinə çıxarılan sözügedən şəxslər barəsində “siyasi və hərbi casusluq” ittihamı ilə həbs qərarı verilib.