ABŞ və Çin rəhbərləri sammit keçirəcəklər - VİRTUAL
Noyabrın 15-də ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Tsinpin virtual danışıqlar aparacaqlar.
 
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ağ Evin nümayəndəsi Cen Psaki məlumat verib.
 
Onların “ABŞ-ÇXR rəqabəti şəraitində necə məsuliyyətli davranmalı” mövzusunu müzakirə edəcəkləri ehtimal olunur.
 
Ağ Ev nümayəndəsinin sözlərinə görə, Amerika lideri onlayn görüş zamanı Pekinin hərbi modernləşdirmə siyasəti ilə bağlı narahatlığını açıq şəkildə çatdırmaq niyyətindədir.
 
Liderlər, həmçinin iki ölkənin maraqlarının üst-üstə düşdüyü hallarda necə birgə işləmək barədə danışacaqlar.
 
Çin rəhbəri Si Szinpinlə ABŞ Prezidenti Cozef Bayden arasında görüş barədə Birləşmiş Ştatlarla razılığın əldə edildiyini rəsmi Pekin də təsdiqləyib.
 
Çin Xarici İşlər Nazirliyinin saytında bununla bağlı yerləşdirilən bəyanatda deyilir: “Çin və ABŞ arasındakı razılaşmaya uyğun olaraq, Sədr Si Cinpin noyabrın 16-da Pekin vaxtı ilə səhər saatlarında ABŞ Prezidenti Cozef Baydenlə videobağlantı vasitəsilə görüşərək Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparacaq”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.