
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, toqquşmalar zamanı daha 12 nəfər xəsarət alıb.
Həbsxanaya polis, hərbçilər cəlb edilib. Cəzaçəkmə müəssisəsində aparılan axtarışlar zamanı xeyli sayda silah, kəsici alət aşkarlanıb.
Yerli media bildirib ki, toqquşmaya səbəb həbsxanadakı qruplar arasında rəhbərlik uğrunda mübarizə olub.
**21:44(13.11.2021)
Ekvadorun qərbində yerləşən Quayakil şəhərindəki həbsxanada baş verən toqquşma nəticəsində azı 52 nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həbsxanada iğtişaşlar cümə günü axşam saatlarında başlayıb.
Polis hələlik penitensiar müəssisədə qayda yaradılmasına nail olduğu barədə məlumat verməyib.
Bildirilir ki, həmin həbsxanada müxtəlif cinayətkar dəstələrin nümayəndələri arasında sentyabrın 28-də də toqquşma baş vermişdi. Rəsmi məlumata görə, o vaxt 119 məhbus həlak olmuşdu. Ekvador prezidenti Gilermo Lasso onda ölkənin penitensiar sistemində 60 gün müddətinə fövqəladə vəziyyət elan etmişdi.