
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 6,7 milyon aktiv səsvermə hüquqlu vətəndaşın olduğu ölkədə 13 mindən çox səsvermə məntəqəsi fəaliyyət göstərir.
Bundan əlavə, xaricdə yaşayan bolqarlar üçün 68 ölkədə 750 məntəqə açılıb. Epidemioloji vəziyyət ağır olduğu üçün Yeni Zelandiya səsvermənin təşkilinə icazə verməyib.
Qeyd edək ki, dövlət başçısı postu uğrunda 23 namizəd mübarizə aparır. Seçkidən əvvəl keçirilən sorğularda vətəndaşlar hazırkı prezident Rumen Radevə üstünlük veriblər. Lakin onun ilk turda qalib gəlmə ehtimalının az olduğu da qeyd olunub.
Bu il üçüncü dəfə keçirilən parlament seçkilərində isə 27 partiya iştirak edir.