Gürcüstanda koronavirusdan daha 81 nəfər öldü - 3 700 YENİ YOLUXMA
Dünya
Gürcüstanda ötən sutkada koronavirusa 3 700 yeni yoluxma faktı qeydə alınıb, 5 277 nəfər müalicə olunaraq sağalıb, 81 pasiyent vəfat edib. Senzor.az bildirir ki, məlumatı ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi yayıb.
Qeyd olunub ki, indiyədək Gürcüstanda COVID-19 infeksiyasına 784 091 nəfər yoluxub. Onların 716 382-si sağalıb, 10 975-i isə ölüb.