
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən onu da bildirirblər ki, dağlara və səhralara yaxın olan ucqar kəndlərindəki tibb mərkəzləri əlavə antidot dozaları alıblar.
Əqrəb sancmış xəstələrə kömək məqsədilə həkimlər koronavirusdan peyvəndləri müvəqqəti dayandırıblar.
Hökümət sakinləri evlərini tərk etməməyə və ağacların çox olduğu yerlərdən uzaq durmağa çağırıb.
Xatırladaq ki, Misirdə dünyanın ən təhlükəli əqrəblərindən biri hesab edilən qalın quyruqlu əqrəb yaşayır. Onun zəhəri bir saatdan az müddətdə insanı öldürə bilir.