İranda güclü zəlzələ: xəsarət alanların sayı 99-a çatıb, ölən var -
YENİLƏNİB

İranın cənubunda baş verən ardıcıl zəlzələlər nəticəsində yaralananlarına sayı 99 nəfərə çatıb. 
 
“Tasnim” agentliyi bildirir ki, bunu Hörmüzqan əyaləti Tibb Universitetinin nümayəndəsi Fatimə Nuruzian deyib.
 
Onun sözlərinə görə, xəsarət alanlardan 88 nəfərinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 **09:12

İranın cənubundakı Hörmüzqan əyalətində baş verən zəlzələ zamanı xəsarət alanların sayı artıb.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat verib.  
 
“Bender-Abbasda baş verən zəlzələ zamanı xəsarət alanların sayı 70 nəfərə çatıb”, - o deyib.
 
Onun sözlərinə görə, təbii hadisə zamanı xəsarət alanlardan 22-si xəstəxanaya yerləşdirilib və hazırda tibb müəssisələrindədirlər. Zəlzələ zamanı 1 nəfər ölüb.
 
Bu, ötən gün ərzində qeydə alınan ikinci zəlzələ olub.
 
**22:21(14.11.2021)
 
İranda baş verən zəlzələ zamanı azı azı 1 nəfər həlak olub,  8 nəfər xəsarət alıb.
 
“Mehr” agentliyi xəbər verir ki, yeraltı təkanılar bir neçə şəhərdə hiss olunub.
 
"Haber Global" isə zəlzələ zamanı 2 nəfərin həlak olduğunu, 17 nəfərin xəsarət aldığını bildirib.
 
Məlumata görə, 6,1 maqnitudalıq (bəzi mənbələrə görə 6,5-red.) zəlzələnin episentri 352 minə yaxın insanın yaşadığı liman şəhəri Bender-Abbasdan 59 kilometr şimal-qərbdə olub. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
 
**18:21
 
İranın cənubundakı Hörmüzqan əyalətində 6,3 bal gücündə ikinci zəlzələ baş verib.
 
"Anadolu" agentliyi xəbər verir ki, episentri Hörmüzqan vilayətinin Kəşm rayonunun Laft bölgəsində olan yeraltı təkanlar saat 15:37-də qeydə alınıb. 
 
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilir.
 
Yerli mətbuatın yazdığına görə, zəlzələ zamanı elektrik dirəyinin aşması nəticəsində 1 nəfər ölüb.
 
Qeyd edək ki, bundan əvvəl yeraltı təkanlar saat 15:36-da qeydə alınıb.
 
Eyni bölgədə baş verən 6,4 bal gücündə zəlzələdən 1 dəqiqə sonra baş verən zəlzələdən ətraf əyalətlərin də zərər çəkdiyi bildirilib.
 
**16:28
 
İranın cənubunda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
 
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
 
Məlumata görə, yeraltı təkanların episentri İranın, təxminən 352 min insanın yaşadığı Bəndər Abbas limanından 59 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
 
Tələfat və dağıntılar barədə məlumat yoxdur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.