
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə vilayətin polis idarəsinin rəisi general Qulamrza Cəfəri məlumat verib.
O qeyd edib ki, operativ məlumat əsasında xüsusi əməliyyat hazırlanıb və qaçaqmalçılar təqib olunub. Qaçaqmalçılar yükü 1,4 ton tiryəkdən ibarət olan avtomobillə qaçmağa cəhd ediblər. Polis silah tətbiq etmək məcburiyyətində qalıb və iki qaçaqmalçı həlak olub.
Avtomobilə baxış zamanı tiryəkdən başqa, 3 ədəd tüfəng, 1 ədəd “Kalaşnikov” avtomatı və 200 ədəd patron aşkar edilərək müsadirə olunub.
İstintaq aparılır.