
Senzor.az bildirir ki, M.Çavuşoğlu artıq İranda olduğunu “Tvitter” səhifəsində özü yazıb.
“İkitərəfli əlaqələrimizi ələ almaq və regional proseslər haqqında fikir mübadiləsi aparmaq məqsədilə Tehrandayıq”, - qeyddə bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahianın dəvəti ilə İrana rəsmi səfər edəcəyi barədə məlumat yayılmışdı.