ABŞ polisi bu erməni ər-arvadı axtarır – “KORONA XƏSTƏLƏRİ”NƏ YARDIM FONDUNUN 20 MİLYON DOLLARINI MƏNİMSƏYİBLƏR
ABŞ-ın Kaliforniya ştatında erməni mənşəli cütlük COVID-19 xəstələrinə yardım fondunun 20 milyon dollardan çox vəsaitini mənimsədiyi üçün həbs cəzasına məhkum edilib, lakin hüquq-mühafizə orqanları onları tapa bilməyib.
 
Senzor.az bildirir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
 
Nazirliyin məlumatına görə, 43 yaşlı Riçard Ayvazyan 17 il, həyat yoldaşı 37 yaşlı Marietta Terabelyan isə sui-qəsd, bank fırıldaqları və çirkli pulların yuyulmasında ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Lakin məlum olub ki, cütlük bir müddət əvvəl elektron qandalları açaraq yoxa çıxıb. Bu səbəbdən məhkəmə qiyabi hökm çıxarıb. Polis onların yerini deyən şəxsə 20 min dollar mükafat vəd edib. 
Hakim Stiven Uilson hökm oxunarkən R.Ayvazyanı "qanunlara hörmət etməyən, fırıldaqçılığı nailiyyət hesab edən amansız fırıldaqçı" kimi təsvir edib. Hakim R.Ayvazyanın qardaşı, 41 yaşlı Arturu da 5 il müddətinə azadlıqdan məhrum edib.
 
Məhkəmə işində, həmçinin 46 yaşlı Manuk Qriqoryan bank fırıldaqçılığı və daha bir ağır cinayətdə,  40 yaşlı Edvard Paronyan isə fırıldaqçılıq faktı üzrə təqsirli bilinib.
 
Bunlardan başqa, cinayət işində Vahe Dadyanın, Tamara Dadyanın və Arman Hayrapetyanın da adları keçir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.