PKK terror təşkilatının qurucularından olan Əli Heydər Kaytan İraqda məhv edilib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd olunur ki, kod adı "Fuat” olan terrorçu Türkyə Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən İraqın şimalında keçirilən əməliyyat zamanı öldürülüb.
“TRTHaber”in məlumatına görə, MİT zərərsizləşdirilən terrorçular arasında Əli Heydər Kaytanın da olduğunu hadisə yerində araşdırma apardıqdan sonra təsbit edib. Amma PKK rəhbərliyi terror qruplaşması daxilində təşviş yaranmaması üçün onu gizlicə dəfn edib.
Qruplaşma rəhbərliyinin A.H.Kaytanın məhv edildiyini bilən və basdırılmasında iştirak edən şəxsləri aradan götürdüyü barədə də məlumat yayılıb. Onun dəfn olunduğu yerin isə yalnız qruplaşma başçılarına məlum olduğu bildirilir.
Qeyd edək ki, A.H.Kaytan PKK terrorçularının başçısı Abdullah Öcalandan sonra qruplaşamada sözü keçən əsas fiqurlardan biri sayılırdı.