İsrailin Baş naziri Naftali Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
Bu barədə "Jerusalem" Post məlumat yayıb.
Məlumata görə, bu, İsrail hökumətinin başçısı ilə Türkiyə lideri arasında 2013-cü ildən bugünədək ilk telefon danışığıdır.
Qeyd olunur ki, Bennet ötən həftə Türkiyə Prezidentinin iqamətgahını çəkdiyinə görə İstanbulda həbs edilən israillilər Natali və Mordi Okninin azad edilməsində göstərdiyi səylərə görə Ərdoğana təşəkkür edib.
Baş nazir, həmçinin Türkiyə və İsrail tərəfləri arasında humanitar məsələlərdə əməkdaşlıq səviyyəsini müsbət qiymətləndirib və əlavə edib ki, bu əməkdaşlıq öz səmərəliliyi ilə seçilir.
Senzor.az xatırladır ki, bundan əvvəl Türkiyə Prezidenti ilə İsrail Dövlətinin Prezidenti İsaak Hersoq arasında da telefon danışığı olmuşdu.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumatda deyilirdi ki, telefon söhbəti zamanı Prezident Ərdoğan Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olacağı təqdirdə, fikir ayrılıqlarının minimuma enəcəyini vurğulayıb.
Bölgədə sülh, tolerantlıq və birgəyaşayışın yenidən qurulmasının vacibliyini diqqətə çatdıran Prezident Ərdoğan bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet məsələ olduğunu qeyd edib. Türkiyə ilə İsrail arasında təmasların və dialoqun davam etdirilməsinin ortaq maraqlara uyğun olduğu bildirilib.
Qeyd edilib ki, İsaak Hersoq da Türkiyə ilə İsrailin bölgədə sülhlə əlaqədar ikitərəfli və regional məsələlərdə əhatəli dialoq aparmaqdan məmnundur. Həmçinin İsrail Prezidenti Türkiyədə R.T.Ərdoğanın iqamətgahının fotolarını çəkməkdə ittiham olunan israilli cütlüyün azadlığa buraxılmasında vacib rol oynadığına görə türkiyəli həmkarına təşəkkür edib.
Hər iki liderin mütəmadi qaydada əlaqə saxlamaq mövzusunda həmfikir olduğu vurğulanıb.