Dünyada koronavirus xəstələrinin sayı durmadan artır.
Senzor.az "Worldometers" portalına istinadən bildirir ki, avqustun 21-nə olan məlumata görə, koronavirus infeksiyasına 211 575 915 yoluxma halı qeydə alınıb.
Qeyd olunur ki, bu günə kimi virusdan 4 428 134 nəfər ölüb, 189 327 508 xəstə isə sağalıb.
Yoluxma sayına görə lider olan ölkələr isə ABŞ (38398596), Hindistan (32393286) və Braziliyadır (20528099).