Türkiyədə 5,1 bal gücündə zəlzələ: xəsarət alanlar var - YENİLƏNİB, VİDEO
Türkiyənin Ərzurum şəhərində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 2 kənddə dağıntılar baş verib.
 
Bu barədə səhiyyə naziri Fahrettin Koca “Tvitter”dəki hesabında yazıb.
 
O bildirib ki, zəlzələ zamanı 4 nəfər xəsarət alıb. Zəlzələ ilə bağlı bölgəyə 5 təcili tibbi yardım maşını, 27 səhiyyə işçisi cəlb olunub.
 
Qeyd edək ki, yeraltı təkanlar Köprüköy rayonunda yerli vaxtla saat 15:40-da qeydə alınıb.
 
Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ 12 saniyə davam edib. Ərzurum valisi Okay Memiş dağıntılar altında qalan 2 nəfərin sağ çıxarıldığını bildirib. Zəlzələdən sonra yüksəkliklərdən düşən qayalar Hınıs-Tekman yolunu bağlayıb.

 

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar həmçinin Ağrı, Diyarbakır və Muş şəhərlərində də hiss olunub.
 
**16:57

Türkiyənin Ərzurum vilayətinin Körpüköy rayonunda Rixter cədvəli üzrə 5,1 bal gücündə yeraltı təkan qeydə alınıb.
 
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Ocağı yerin 6.94 kilometr dərinliyində olan zəlzələ noyabrın 19-da yerli vaxtla saat 15:40-da baş verib.
 
Hələlik, dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
 
Hazırda bölgədə kiçik ölçülü yeraltı təkanlar davam edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.