ABŞ “Taliban”ın legitimliyini tanıya bilər - AMMA ŞƏRTİ VAR
Dünya
“Taliban”ın legitimliyinin tanınması məsələsi hərəkat üzvlərinin terrorla mübarizəsi, inklüziv hökumət formalaşdırılması və Əfqanıstanda azlıqların hüquqlarına hörmətdən asılıdır.
RT-nin məlumatına görə, bunu ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest deyib.
O, həmçinin bildirib ki, ABŞ bundan sonra da “Taliban”la bağlı açıq siyasət aparmağa davam edəcək.