Almaniyanın Hamburq şəhərindəki İran konsulluğuna hücum edilib.
Senzor.az bildirir ki, məlumatı İran KİV-I yayıb.
Almaniya polisinin məlumatına görə, naməlum şəxslər diplomatik nümayəndəliyin qapısına yanan qarışıq - "Molotov kokteyli" atıblar. Hücum nəticəsində heç kim xəsarət almayıb.
Məlumatda o da deyilir ki, hüquq-mühafizə orqanları cinayətkarların axtarışını davam etdirir.
Senzor.az