
Məlumatı TRT yayıb.
Kaya şəhər sakinləri hərbçilərin qarşısını kəsərək onların keçidinə izn verməyiblər.
Afrikalılar fransızlara qarşı “Evinə qayıt, Fransa! Bura bizim evimizdir. Ölkəmizi tərk et!” kimi şüarlar səsləndiriblər.
Əraziyə gələn Kaya bələdiyə başçısı da sakinlərin qərarını dəyişə bilməyib.
Nəticədə, fransızlar yoldan 5 km məsafədə yerləşən köhnə daş mədənində düşərgə salmalı olublar.