
Türkiyə KİV-i xəbər verir ki, girovlar Türkiyə Milli Təhlükəsizlik Təşkilatının (MİT) xüsusi əməliyyatı nəticəsində azad ediliblər. Prosesdə Qətər Dövlətinin xəfiyyə idarəsi MİT-lə birlikdə fəaliyyət göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan girovluqdan azad edilən vətəndaşlarla telefonda danışıb. Onlara “keçmiş olsun” arzusunu çatdıran dövlət başçısı uğurlu əməliyyatda zəhmətli olanlara təşəkkürünü ifadə edib.