ABŞ Dəniz Piyadalarında kütləvi etiraz-
10 MİNƏ YAXIN HƏRBÇİ VAKSİNASİYAYA QARŞI ÇIXDI
ABŞ Dəniz Piyadaları Korpusunun on minə yaxın hərbi qulluqçusu koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən qovula bilər.
 
Məlumatı  “The Washington Post” yayıb.
 
Qeyd edilir ki, dəniz piyadaları arasında peyvəndlənmə səviyyəsi 94% təşkil edir, lakin bu rəqəm ABŞ ordusunda ən aşağı göstəricilərdən biridir. Məsələn, Quru Qoşunlarında əsgərlərin 95%-i, Hərbi Dəniz Qüvvələrində isə 99,7%-i peyvənd vurdurub.
 
Peyvəndlə bağlı vəziyyətin Korpus rəhbərliyini narahat etdiyi bildirilir, çünki həmişə ən sərt nizam-intizamı olan dəniz piyadaları əmrə tabe olmamaq qərarına gəliblər.
 
ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toronun məlumatına görə, peyvənddən imtina ilə bağlı hər bir hadisə ayrıca nəzərdən keçiriləcək, koronavirusa qarşı peyvənd müddəti bitən günə kimi heç bir hərbçi işdən çıxarılmayacaq.
 
Xatırladaq ki, ABŞ Dövlət Təhqiqatlar Bürosu onların 170-ə yaxın əməkdaşının koronavirusa qarşı peyvənd olunmadığını, lakin vəzifələrini yerinə yetirməkdə davam etdiyini bildirmişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.