Bu gün Gürcüstandakı “Qızılgül inqilabı”nın 18-ci ildönümü tamam olur.
“Report” xatırlardır ki, qonşu ölkədə hakimiyyət çevrilişi 2003-cü il noyabrın 23-də keçmiş prezident Mixail Saakaşavilinin rəhbərliyi altında baş verib.
Tarixə “Qızılgül inqilabı” kimi daxil olan hadisədən sonra Gürcüstanda hakimiyyətə Vahid Milli Hərəkat Partiyası gəlib və 2012-ci ilədək ölkəyə rəhbərlik edib.
Gürcüstanda həbsdə olan M.Saakaşvili inqilabın növbəti ildönümü ilə bağlı açıq məktub yayıb. Onun sözlərinə görə, “Qızılgül inqilabı”na qədər Gürcüstan qaranlıqda idi, ondan sonra isə parıldamağa başladı. Siyasətçi qeyd edib ki, Gürcüstan keçmiş şərəf və əzəmətini geri qaytaracaq.
Bu gün çevrilişin 18-ci ildönümü münasibətilə Tbilisidə Azadlıq meydanından keçmiş “Qızılgül”, hazırkı Birinci Respublika meydanına qədər canlı zəncir təşkil olunacaq.