Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev hakim “Nur Otan” (Vətən İşığı) partiyasının sədrinin səlahiyyətlərinin indiki dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.
"Partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında Nursultan Nazarbayev "Nur Otan" partiyasının sədrinin səlahiyyətlərini Prezidentə ötürmək barədə qərar verib. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun olaraq həyata keçiriləcək”, - Ukibay bildirib.
“Nur Otan” partiyasının nizamnaməsinə görə, partiya sədrinin seçilməsi və vəzifədən azad edilməsi bu siyasi birliyin qurultayının səlahiyyətinə daxildir.
Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik edən Nursultan Nazarbayev 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının sədri postlarında qalıb.
"Nur Otan" Qazaxıstanın ən böyük partiyasıdır və 835 mindən çox üzvü var. Yanvarın 10-da respublikada parlamentin aşağı palatasına keçirilən seçkilərdə hakim partiya səslərin əksəriyyətini - 71,09%-ni toplayıb.