İran sərhədçiləri bir tondan çox narkotik vasitə müsadirə etdilər -
XÜSUSİ ƏMƏLİYYAT
İran sərhədçiləri Sistan-Bəlucistan vilayətində 1 ton 350 kiloqram narkotik vasitə müsadirə ediblər.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Sərhəd Qoşunlarının komandanı, general Əhmədəli Qudərzi məlumat verib.
 
O bildirib ki, sərhədçilər operativ məlumat əsasında xüsusi əməliyyat keçirərək qaçaqmalçıların sərhədi keçəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdiriblər. Sonra narkotik vasitələri sərhəddən İrana qanunsuz keçirməyə çalışan şəxslər saxlanılıblar, narkotik vasitələr isə müsadirə edilib.
 
Onun sözlərinə görə, qaçaqmalçılardan narkotik vasitə ilə yanaşı, “Kalaşnikov” markalı avtomat silah, patronlar və motosiklet də götürülüb.
 
Hazırda istintaq aparılır və qaçaqmalçıların İrandakı əlaqələri müəyyənləşdirilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.