Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 555 mindən çox olub.
Senzor.az bildirir ki, məlumatı pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytı yayıb.
Qeyd olunur ki, ötən 24 saat ərzində 555 min 366 nəfər yeni koronavirusa yoluxub, 8 min 60 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 259 milyon 614, ölənlərin sayı isə 5 milyon 183 min 12 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (86 min 16 nəfər) ABŞ-da, bu xəstəlikdən ölüm faktı isə (1243 nəfər) Rusiyada qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (48,8 milyon), Hindistan (34,5 milyon), Braziliya (22 milyon), Böyük Britaniya (9,9 milyon), Rusiya (9,4 milyon), Türkiyə (8,6 milyon) və Fransada (7,4 milyon) qeydə alınıb.