
Bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.
Terrorçular Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində tayfa ağsaqqallarının vasitəçiliyi ilə təslim olublar. Əlavə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, son üç ay ərzində Əfqanıstanın bir neçə əyalətində, o cümlədən paytaxtda dəfələrlə partlayış, silahlı hücumlar və atışmalar baş verib. Nəticədə həm "Taliban" üzvləri, həm də yerli sakinlər həlak olub. İŞİD-in qolu olan "Xorasandakı İslam Dövləti" hadisələrin bəzilərinə görə məsuliyyəti öz üzərinə götürüb.