Almaniyada 16 ildən sonra üçpartiyalı - Sosial Demokratik, Azad Demokratik və Yaşıllar partiyaıarı arasında yeni koalisiya hökuməti qurulub.
Üç partiyanın birgə razılaşmasında ilk növbədə nazir vəzifələrinin bölgüsü öz əksini tapıb. Sənədə əsasən, hökumətə Sosial demokrat Olaf Şoltzun rəhbərlik edəcək. Onun birinci müavini isə Yaşılların həmsədri Robert Habek olacaq. Hökumətin yeni planları isə ikili vətəndaşlığın mümkünlüyü, alman vətəndaşlığına keçidin sadələşdirilməsi (5 il daimi yaşayışdan sonra vətəndaşlıq üçün müraciət hüququ – red.), bir saatlıq minimum əmək haqqının 12 avro olması yer alıb. Bundan başqa seçkidə səs vermə və sürücülük vəsiqəsinin verilmə yaşı 16-ya endirilir, marixuananın istifadəsi leqallaşdırılır. Kirayə ev qiymətlərinin aşağı salınması üçün ildə 400 min yeni mənzil tikiləcək və pandemiya ilə mübarizə çərçivəsində tibb işçilərinə 1 milyard avroluq mükafat veriləcək.
Azvision.az vurğulayır ki, 177 səhifəlik razılaşmada həmçinin, 2030-cu ilə qədər kömürdən tamamilə imtina ediləcək, elektrikli avtomobillərə keçiləcək.