![](/uploads/posts/2021-08/1629627293__116037037_gettyimages-1229868367.jpg)
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 3 803 yoluxma halı qeydə alınıb, 48 nəfər ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 514 744, ölənlərin sayı isə 6 771 nəfərə çatıb.
Virusa yoluxanlardan 448 288 nəfər sağalıb.