Rumıniyada yeni hökumət qurulub.
Bu barədə TRT məlumat yayıb.
Bildirilir ki, Prezident Klaus İohannesin bununla bağlı sənəd imzalamasının ardından gələcək kabinet üzvlərinin siyahısı ölkə parlamentində də təsdiqlənib.
Yeni kabinet Sosial Demokrat, Milli Liberal və Demokratik Macar Birliyi partiyalarının koalisiyası əsasında formalaşıb.
Hökumətə vaxtilə silahlı qüvvələrin baş qərargah rəisi və müdafiə naziri vəzifələrində çalışmış Nikolae Çuka rəhbərlik edir.
Qeyd edək ki, bundan əvvəlki hökumət fəaliyyətini, parlamentin etimadsızlıq göstərməsinin ardından oktyabrın 5-də dayandırmışdı.