Aydındır ki, ABŞ və Avropa İttifaqı (Aİ) Türkiyədəki son vəziyyətdən istifadə etməyə cəhd göstərirlər.
Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Sputnik”ə açıqlamasında Türkiyədə milli valyuta dalğalanması haqda danışarkən deyib.
“Onların ölkədə siyasi vəziyyəti daha da pisləşdirəcək yeni təşəbbüslərlə çıxış edəcəklərini gözləmək lazımdır. Seçkilərə hələ iki il var. Bu müddət ərzində Ərdoğanın mövqeyini düzəltməyə imkan verəcək hadisələr baş verə bilər. Bununla belə, hazırda rəqibin hesabı yaxşıdır. Bəlkə də indiyə qədər görülən ən yüksək nöqtədədir. Şübhəsiz ki, bu gün hakimiyyətə gələ biləcək müxalifət ABŞ və Aİ-nin tərəfindədir. Qərb isə Rusiya ilə də yaxşı münasibətləri olduğu üçün Ərdoğanı devirməyə çalışır.
Ərdoğan ancaq Moskva və Pekindən real dəstək ala bilər. Türkiyə Avrasiya İqtisadi Birliyinə üzv ola bilər. Bu, Rusiya və Türkiyəni çox gücləndirər”, - deyə Markov vurğulayıb.