Qırğızıstan parlamentinə seçkilər:
SƏSVERMƏ BAŞA ÇATDI
Qırğızıstan parlamenti - Joqorku Keneşə seçkilər başa çatıb. 
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, saat 20:00-da 2435 seçki məntəqəsinin hamısı bağlanıb.
 
Ötənilki seçkilərə müqayisədə, bu il səsvermədə 1,5 dəfə az seçici iştirak edib. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 18:00-dək seçki məntəqələrinə 30 faizdən az seçici gəlib. MSK sədrinin müavini Tınçtıka Şaynazarovun fikrincə, seçici fəallığının aşağı olması bu il seçici səslərinin rüşvətlə alınmaması, insanların kütləvi daşınmaması və digər qanun pozuntularına yol verilməməsi ilə bağlıdır.
 
Ölkənin yeni qanunvericiliyinə əsasən, seçkilərdə iştirak həddi yoxdur. Yəni seçkilər səsvermədə iştirak edənlərin sayından asılı olmayaraq istənilən halda baş tutmuş sayılır.
 
Qırğızıstanın yeni parlamenti 90 deputatdan ibarət olacaq. Parlamentin deputatları beş il müddətinə seçilir.
 
Xatırladaq ki, Qırğızıstanda ilk dəfə olaraq Prezident Administrasiyası və respublikanın Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.