ABŞ-ın sabiq müdafiə naziri Mark Esper Pentaqonu məhkəməyə verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, sabiq müdafiə nazirinin hiddətlənməsinə səbəb Esperin çapa hazırlanan memuarlarında, onun fikrincə, vacib informasiyanın senzura tərəfindən çıxarılması olub.
Esperin iddia ərizəsində deyilir: “Mətnin xeyli hissəsi məxfilik bəhanəsi ilə çıxarılır. Çıxarılan mətn kitabda söhbət gedən mühüm hadisələrin şərhi üçün zəruridir. Konstitusiyaya Birinci düzəlişə uyğun olaraq verilmiş konstitusion hüquqlarımın indiki administrasiya tərəfindən pozulması məni çox məyus edib. Təəssüflə qeyd edirəm ki, bütün həqiqəti Amerika xalqına söyləmək üçün məndən ötrü yeganə əlçatan üsul məhkəməyə müraciət etməkdir”.
Esperin “Müqəddəs and” adlı kitabı 2022-ci il may ayında satışa daxil olmalıdır. Esper Donald Trampın dövründə - 2019-cu ilin iyul ayında müdafiə naziri təyin edilib, həmin ilin noyabr ayında isə sabiq prezident onu bu vəzifədən çıxarıb.