Maqdalena Andersson yenidən İsveçin Baş naziri seçilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni Baş nazir 175 səs çoxluğu ilə İsveç parlamentinin (Riksdaqda) deputatları tərəfindən seçilib.
Yeni Baş nazir son 15 ildə yalnız Sosial Demokratlar Partiyası üzvlərinin olduğu birpartiyalı hökuməti idarə edən ilk partiya lideri olacaq.
Xatırladaq ki, ötən çərşənbə günü, noyabrın 24-də İsveçin siyasi həyatında bir neçə əlamətdar hadisə baş verdi. Birincisi, Maqdalena Andersson İsveç tarixində Baş nazir vəzifəsinə seçilən ilk qadın oldu. Daha sonra həmin gün Riksdaqda ölkənin gələnilki büdcəsi ilə bağlı səsvermə keçirildi və burada sağçı müxalifətin layihəsi qalib gəldi. Həmin an hökumət koalisiyasına daxil olan Yaşıllar Partiyası buna cavab olaraq, sağçı partiyalarla razılaşdırılmış büdcə ilə ölkəni idarə etməyi təsəvvür edə bilmədiyini əsas gətirərək hökuməti tərk etdiyini açıqladı. Yaşıllar Partiyasının addımı öz növbəsində bütün qırmızı-yaşıl hökumət koalisiyasının dağılmasına səbəb oldu. Bu hadisələr nəticəsində cəmi 7 saat bu koalisiyadan Baş nazir kimi fəaliyyət göstərən Maqdalena Andersson yeni vəzifəsindən noyabr ayının 24-ü axşam istefa verdi.