Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə dinləməsi başlayıb.
Məhkəmə binasının ətrafına çox sayda polis əməkdaşları səfərbər olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Hakim Badri Koçlamazaşvili “1 Kanal”a prosesi canlı yayımlamağa icazə verməyib. Məhkəmə zalına bir neçə jurnalist buraxılıb.
M.Saakaşvilinin tərəfdarları məhkəmə binası qarşısında aksiya keçirirlər.
**09.04
Bu gün Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.
İclas Tbilisi Şəhər Məhkəməsində saat 11:00-da başlayacaq.
Məhkəmə işi külli miqdarda dövlət vəsaitinin israfçılığı ilə bağlıdır.
M.Saakaşvilini məhkəməyə çatdırmaq üçün Xüsusi Penitensiar Xidmətin maşınları onun müalicə aldığı Qori Hərbi Hospitalının həyətinə daxil olub.
Vahid Milli Hərəkat Partiyası məhkəmə prosesinə paralel olaraq etiraz aksiyası təşkil edəcək.
Qeyd edək ki, M.Saakaşvili noyabrın 29-da baş tutmuş məhkəmə dinləməsində də iştirak edib.
“Report” xatırladır ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.