"Taliban" Pəncşirə girir ƏHMƏD MƏSUDA 4 SAAT VAXT VERİLDİ

"Taliban" hərəkatı Pəncşir əyalətindəki müqavimətçilərin lideri Əhməd Məsudun təslim olması üçün ona dörd saat vaxt verib. 

Bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

""Taliban" Əhməd Məsuda Pəncşir əyalətinin təslim olması üçün dörd saat vaxt verib. Hərəkat Məsudun və Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehin yerləşdiyi əyalətin ələ keçirilməsinə başlamağa hazır olduğunu açıqlayıb",- deyə telekanal bildirib.

Hərəkatın yaydığı videoda döyüşçülər əyalətə doğru irəlilədiklərini deyirlər. Onlar Saleh və Məsud tərəfdarlarını vilayətə nəzarəti təhvil verməyə çağırırlar. Müqavimətçilərin bunu etməyəcəyi təqdirdə isə onları "Taliban" silahlıları ilə döyüşə hazır olmağa səsləyirlər.

"Əl Cəzirə" telekanalının verdiyi məlumata görə, "Taliban" yaxın vaxtlarda Məsudla görüşmək üçün heyət göndərmək niyyətindədir. Hərəkatın nümayəndə heyətinin üzvləri Pəncşirdəki vəziyyəti müzakirə edəcək və Məsudun irəli sürdüyü tələblərin yerinə yetirilməsinə zəmanət verəcək.

Pəncşir əyalətindəki mənbə TASS -a Məsudla Taliban arasında danışıqların başladığını bildirib. Söhbət inklüziv hökumət yaratmaqdan və siyasi parçalanmanı aradan qaldırmaqdan gedir. Danışıqların nəticələri ilə bağlı hələlik heç bir məlumat yoxdur.(azvision.az)







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.