Almaniyada Merkellə təntənəli vida mərasimi keçirildi –
VİDEO/FOTO
Dekabrın 2-də Berlində Angela Merkelin Almaniya Federativ Respublikasının Kansleri vəzifəsindən istefa verməsi ilə əlaqədar onun şərəfinə təntənəli mərasim keçirilib. 
 
Senzor.az
yerli KİV-ə istinadən bildirir ki, “Axşam şəfəqi” (Großer Zapfenstreich) adlanan mərasim Almaniya Silahlı Qüvvələri (Bundesver) tərəfindən Müdafiə Nazirliyinin həyətində təşkil edilib.
 
Mərasimdə 200-ə yaxın şəsx, o cümlədən Kanslerin dövründə federal nazir vəzifəsində çalışmış 52 nəfər iştirak edib.
 
Almaniyada mövcud olan ənənəyə görə, yüksək vəzifəli siyasətçi vida mərasimi üçün Bundesver Orkestrinə bir neçə musiqi sifariş verə bilər. Merkel alman pank-rok əfsanəsi Nina Hagenin “You Forgot Your Color Film” (Du hast den Farbfilm vergessen – “Rəngli filmini unutmusan”) mahnısını seçib. Siyasətçi seçimini belə izah edib ki, sifariş etdiyi musiqi gənclik illərində daha çox diqqətini çəkib.
 
Bundan əlavə, hərbi orkestr 1950-ci illərin alman müğənnisi və aktrisası Hildegard Knefin mahnısını, həmçinin, kilsə kompozisiyasını ifa edib.
 
Merkel tədbirdə çıxış edərək yeni Nazirlər Kabinetinə uğurlar arzulayıb. Mərasim dövlət himninin səsləndirilməsi ilə başa çatıb. 
Tədbir yerli telekanallar vasitəsilə yayımlanıb.
 
Xatırladaq ki, Merkel 16 illik hakimiyyətdən sonra Kansler postunu rəsmən dekabrın 8-dək tərk edəcək.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.